Donatella Rovera ermənilərin Azərbaycana qarşı vəhşiliyindən yazıb -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Donatella Rovera ermənilərin Azərbaycana qarşı vəhşiliyindən yazıb - Fotolar

Sosial

04 Dekabr 2020 15:23 849


"Amnesty International"in baş məsləhətçisi Donatella Rovera Gəncədə oktyabrın 17-i Ermənistanın ballistik raket hücumu zamanı həyatını itirən Nigarın ailəsinə baş çəkib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, öz tvitter səhifəsində paylaşım edib:

"Nigarın anası mənə dedi ki, "O mənim yeganə övladım, tək varlığım idi". Bildirim ki, Nigar oktyabrın 17-i 15-ci doğum günü ərəfəsində aralarında uşaqların da yer aldığı 13 qohum və qonşusu ilə birlikdə ermənilərin Gəncəyə təşkil etdiyi ballistik raket hücumu nəticəsində həyatını itirib". Marqarita pizza

Qeyd edək ki, baş məsləhətçi eyni zamanda ermənilərin Gəncəyə 11 oktyabrda təşkil etdikləri raket hücumu zamanı həyatını itirən Anar və Burçin də ailəsinə baş çəkib. Mütəxəssis bu zaman müharibə qurbanı olan mülki vətəndaşımız Anarın atası ilə həmsöhbət olub.

"Anar, Burçin və onların qonşuları Ermənistan ordusunun 11 oktyabrda təşkil etdiyi ballistik raket hücumu nəticəsində yatdıqları yerdə öldürülüblər. Anarın atası qəhərini boğaraq onun iki övladının yetim qaldığını dedi",-deyə Donatella Rovera əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!