Donetskə raket hücumu: 14 ölü, 44 yaralı...

saytların hazırlanması

Evə çatdırılma

Donetskə raket hücumu: 14 ölü, 44 yaralı...

Dünya

10 Avqust 2024 23:18 731


Rusiya silahlı qüvvələri Donetsk vilayətinin Konstantinovka şəhərində yerləşən ticarət mərkəzinə raket hücumu təşkil edib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko Teleqram kanalında məlumat verib.

Hadisə nəticəsində 14 nəfər həlak olub, 44 nəfər yaralanıb. pizza hut

“Konstantinovkadakı ticarət mərkəzinin dağıntıları təmizlənib. Fövqəladə Hallar Xidmətinin xilasediciləri 76 ton tikinti konstruksiyasını söküblər. 14 nəfər ölüb, 44 nəfər yaralanıb”, - deyə Klimenko qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın hərbi cinayətini hərtərəfli sənədləşdirmək üçün idarələrarası istintaq qrupu yaradılıb, bu qrupa Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidmətinin əməkdaşları daxildir.

Qeyd edək ki, ticarət mərkəzinə hava hücumu avqustun 9-da edilib. Həmin vaxt ərazidə təxminən 50 nəfərin olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!