Dövlət Agentliyinin avadanlığını oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Agentliyinin avadanlığını oğurlayan şəxs saxlanıldı

Hadisə

15 İyun 2022 21:33 1065


İyunun 14-də saat 10 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yolların mühafizə zolağında istifadə olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avadanlıq oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları qanunsuz olaraq əldə edib idarə etdiyi “KamAZ” markalı avtomobilə yükləyən Sumqayıt şəhər sakini A.Alışov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. pizza mizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!