Dövlət əmlakının özəlləşdirilməsinin bu qaydalarında dəyişikliklər edildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət əmlakının özəlləşdirilməsinin bu qaydalarında dəyişikliklər edildi

Siyasət

04 Noyabr 2023 23:52 892


Nazirlər Kabinetinin 2001-ci il 2 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları”nda dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu qaydalarda nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!