Dövlət qurumu Bakıda yağışın fəsadlar yaratmasına münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumu Bakıda yağışın fəsadlar yaratmasına münasibət bildirdi

Sosial

22 Oktyabr 2024 13:43 295


Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (ADSEA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

“Bir neçə gündür ki, ölkə ərazisində intentiv yağışlı hava şəraiti müşahidə edilir. Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər”. pizza mizza

C. Musaoğlunun sözlərinə görə, ADSEA-nın rəhbərliyi və əməkdaşları, xüsusilə rayonlar üzrə sukanal idarələrinin rəhbərləri, ümumilikdə bütün işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işləri icra edirlər.

“Yağıntıların normadan dəfələrlə artıq olması müəyyən fəsadlar yaratsa da, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranmış problemlərin aradan qaldırılması və əhalinin üzləşdiyi yağışın səbəb olduğu fəsadların minimuma endirilməsi üçün nəzərədə tutulan bütün tədbirləri sistematik və operativ formada həyata keçirir”, - Ceyhun Musaoğlu vurğulayıb.

O əlavə edib ki, “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək:

“Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!