Dövlət vəsaitinin talanması: DTX-da araşdırma gedir

saytların hazırlanması

Evə çatdırılma

Dövlət vəsaitinin talanması: DTX-da araşdırma gedir

Kriminal

15 Aprel 2025 11:13 385


Hesablama Palatasının Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərildiyi hesabatlardakı dövlət qurumlarının adları məlum olub.

Yenisabah.az xəbər verir ki, 4 işdən ikisi Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar, AMEA-nın İşlər İdarəsi ilə əlaqədardır.

Dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa göndərilib. Sezar pizza

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlara dair hesabat DTX-ya ünvanlanıb.

2 audit üzrə cinayət işi başlanıb və istintaqın aparıldığı qeyd edilib, bu tədbirlərdən 1-də vəsait ödənilib, 1-də isə əmlak üzərinə həbs qoyulub.

DTX-da isə 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!