Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısına çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısına çıxarıldı

Kriminal

27 Fevral 2025 19:21 281


Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən dövlətə xəyanətdə ittiham olunan Akif Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses martın 13-nə təyin edilib. Pepperoni pizza

Qeyd edək ki, Akif Əlimirzə oğlu Bağırov mərhum akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə külli miqdarda pul vəsaiti göndərməkdə ittiham olunur.

Akif Bağırov sözügedən vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək maddi sübut qismində götürülüb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!