Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxundu

Kriminal

29 Yanvar 2024 14:37 970


Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib. Sezar pizza

Qeyd edək ki, ötən il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülüb. Hacı Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!