Dövlətin 16 min manatını mənimsəyən direktorla bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Dövlətin 16 min manatını mənimsəyən direktorla bağlı qərar verildi

Kriminal

11 Aprel 2023 14:50 780


Goranboy Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Q.V-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, hakim Taleh Mustafayevinsədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 8 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi isə protesti təmin edib. Marqarita pizza

Goranboy Rayon Məhkəməsinin çıxardığı hökm ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.

İttihama görə, Q.V 20 dekabr 2016-cı il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddətdə Goranboy rayonunun Səfikürd kənd tam orta məktəbinin direktoru kimi müəssisənin büdcəsinə dövlət tərəfindən ayrılan, habelə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli və məqsədyönlü istifadəsinin təmin edilməsi, eləcə də müəssisəinin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunması ilə əlaqədar xidməti vəzifə öhdəliklərindən irəli gələn tələblərə əməl etməyərək, məktəbin müəllimlərinin əməyinin tarifləşdirilməsi ilə bağlı qulluq mövqeyindən istifadə edib.

O, bu yolla ümumilikdə 16573 manat pulu mənimsəyərək ələ keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!