Döyüş yoldaşlarını vurulmuş helikopterdən xilas edən şəhid pilotumuz - Video

saytların hazırlanması

Evə çatdırılma

Döyüş yoldaşlarını vurulmuş helikopterdən xilas edən şəhid pilotumuz - Video

Sosial

28 Dekabr 2020 20:23 847


44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Ramiz Qasımov olub. 

Yenisabah.az bildirir ki, Baku TV şəhid zabitimiz haqqında geniş reportaj hazırlayıb. 

Ramiz Qasımov 27 il idi ki, Vətən üçün əlindən gələni edirdi. O, 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşlərinin iştirakçısı olub. İyul döyüşlərində düşmənin texnikasını məhv edən pilotlardan biri idi Ramiz Qasımov. Eyni zamanda, 27 sentyabrda başlayan əks-hücum əməliyyatlarında da irəli atılan ilklərdən olub.  pizza sifarişi

R.Qasımov vurulmuş helikopterdən döyüş yoldaşlarını xilas etməyə də müvəffəq olub. 

Onun haqqında hazırlanmış reportajı təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!