“COVID-19 pandemiyasının sonu yaxın deyil”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
DST rəhbəri Cenevrədə keçirilən mətbuat konfransında bildirib ki, risk altında olan ölkələr öz vətəndaşlarına, əsasən də yaşlılar, tibb işçiləri və hamilə qadınlar kimi qruplara yeni ikinci gücləndirici peyvənd dozası təklif etməlidir. pizza
Xatırladaq ki, son həftələr Avropada koronavirusa yoluxma hallarında artım müşahidə olunur.
Telegram kanalımız