DST rəhbəri: COVID-19 hələ də təhlükəlidir

saytların hazırlanması

Evə çatdırılma

DST rəhbəri: COVID-19 hələ də təhlükəlidir

Dünya

19 İyul 2023 19:38 666


"COVID-19 qlobal sağlamlıqla bağlı fövqəladə hal kimi başa çatsa da, qlobal sağlamlığa təhdid olaraq qalır".

Yenisabah.az xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, hələ də dünyanın müxtəlif nöqtələrindən yeni yoluxma halları və ölüm halları ilə bağlı xəbərlər gəlir: pizza hut

"İnsanlar peyvənd və əvvəlki yoluxmalardan sonra immunitet yarandığı üçün daha yaxşı qorunsa da, bu, məsuliyyətsizlik üçün bəhanə deyil. DST yüksək risk altında olan insanlara izdihamlı yerlərdə maska taxmağı, tövsiyə edildikdə buster doza vurdurmağı və qapalı yerlərdə lazımi ventilyasiyanı təmin etməyi tövsiyə etməyə davam edir.

Hökumətləri COVID-19 üçün qurduqları sistemləri saxlamağa çağırırıq: Nəzarət və hesabat aparmağa davam etmək, variantları izləmək, erkən klinik yardım göstərmək, ən riskli qruplar üçün buster dozalar təmin etmək, ventilyasiyanı yaxşılaşdırmaq və müntəzəm ünsiyyət kommunikasiyanı davam etdirmək lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!