Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Qebreyesus, Qəzza zolağına həyati əhəmiyyətli malların çatdırılmasına dərhal çıxışın təmin edilməsini xahiş edib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində məlumat yayıb.
O bildirib: “Qəzzada vəziyyət nəzarətdən çıxır. Oraya tibbi yardım göndərmək üçün hər saniyə gözlədiyimiz zaman insan həyatları məhv olur. Son 4 gündə DST-nin yükləri Misirlə sərhəddə bloklanıb. Həyati vacib yükləri çatdırmağa başlamaq üçün bizə təcili giriş lazımdır”. pizza hut
Xatırladaq ki, oktyabrın 17-də Qəzza zolağında “Əl Əhli” xəstəxanası atəşə tutulub. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla 500-dən çox insan həlak olub. Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 800-ü ötüb. Fələstin prezidenti Mahmud Abbas üç günlük matəm elan edib.
Telegram kanalımız