Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin qalibi "ME.GA.AN" MMC olub.
Yenisabah.az xəbər verir ki, DSX MMC-dən 40 min ədəd mələfə və 30 min ədəd balınc üzü alacaq.
Buna görə Dövlət Xidməti "ME.GA.AN" şirkətinə 467 min 280 manat ödəyəcək. Pepperoni pizza
Məlumat üçün bildirək ki, "ME.GA.AN" MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabuçnu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.
Məlumat üçün bildirək ki, ME.GA.AN" MMC-nin bu günə olan məlumata görə dövlət büdcəsinə 23 min 365 manat 17 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.Yeniavaz.com
Telegram kanalımız