DTX və DMX-dan birgə ƏMƏLİYYAT: 26 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

DTX və DMX-dan birgə ƏMƏLİYYAT: 26 nəfər saxlanıldı

Kriminal

04 Noyabr 2023 11:14 10142


Ölkə ərazisində qanunsuz yaşayan əcnəbilər saxlanılıblar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, həmçinin işləmək i Pepperoni pizza

Araşdırmalarla əcnəbilərin öz həmvətənləri tərəfindən 1100-2200 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.

Qanunsuz miqrasiyanı təşkil etdiyinə dair barəsində əsaslı sübutlar əldə edilən əcnəbilərdən birinin Azərbaycanda yaşadığı məlum olub. Hazırda həmin əcnəbinin şəxsiyyətinin müəyyən olunması və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!