DTX xaricdə gizlənən cinayətkarı belə ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

DTX xaricdə gizlənən cinayətkarı belə ələ keçirdi

Kriminal

21 Aprel 2025 09:10 1751


Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

“Yeni Sabah”ın məlumatıına görə, müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb. 

DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilib.  Dördpendirli pizza

Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!