Dubayda Kadırovun dəbdəbəli villası tapıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

 Dubayda Kadırovun dəbdəbəli villası tapıldı - FOTOLAR

Dünya

30 Mart 2022 14:55 355


Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra adı tez-tez gündəmə gələn  Çeçenistan rəhbəri Ramzan Kadırovun dəbdəbəli villası tapılıb.

Yenisabah.az “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, Kadırovun villasını araşdırmaçı jurnalistlər Dubayda (BƏƏ) aşkara çıxarıblar.
Nəşr qeyd edir ki, təkcə 2021-2022-ci illərdə Kadırov Birləşmiş Ərəb Əmirliklərinə 14 dəfə səfər edib.
O, bu səfərləri təxminən 80 milyon dollar dəyərində olan dəbdəbəli şəxsi təyyarəsi (Airbus A319) ilə edib. Həmin təyyarənin Kadırovun ixtiyarına 2013-cü ildən verildiyi bildirilir

Jurnalistlər qeyd edirlər ki, Kadırovun villası Dubayın məşhur Jumeirah otelinin olduğu ərazidədir. Orada ən ucuz otel nömrəsinin bir gecəlik qiyməti 700 dollardır.
“Ukrainska Pravda” mənbələrinin məlumatına görə, Ramzan Kadırovun villalarından biri bu otelin ərazisində yerləşir.

“Ukrainska pravda”nın həmsöhbətlərinin dediyinə görə, yaxınlıqda yerləşən kiçik villada Kadırovun 3-4 çeçen mühafizəçisi daimi yaşayır.

Nəşrin yazdığına görə, Kadırovun villasına onun rəsmi müşaviri və Çeçenistan rəhbərinin ərəb və müsəlman ölkələrindəki nümayəndəsi Turko Daudov nəzarət edir. Daudovun İnstaqram səhifəsində çoxlu fotolar var, o cümlədən 2021-ci ildə Dubayda eyni villanın yaxınlığında Kadırovun oğlu Adamla birlikdə.\Modern.az Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!