“Dünya birliyi mina xəritələrini verməsi üçün Ermənistana təzyiq etməlidir”   - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Dünya birliyi mina xəritələrini verməsi üçün Ermənistana təzyiq etməlidir” - Nazir

Siyasət

17 Mart 2021 14:27 727


“Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir”.

Yenisabah.az xəbər verir ki, bunu Slovakiya xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, bu, beynəlxalq humanitar prinsiplərə, insani davranışlara ziddir: “Bu ərazilərdə mina partlaması nəticəsində 18 insan dünyasını dəyişib, 78 insan isə ağır xəsarət alıb. Son hadisə isə dünən olub, Ağdamda 6 nəfər minaya düşüb. Dünya birliyi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təzyiq etməlidir”. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!