Dünya miqyaslı siyasi lider -Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Dünya miqyaslı siyasi lider -Fotolar

Siyasət

30 Yanvar 2024 12:30 492


2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib.

Görüşün əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Vaqif Şadlinski, Bəhram Şiriyev və Fikrət Əliyev çıxış ediblər. pizza

Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi strategiyası ilə dövlətimiz dünya dövlətləri içərisində layiqli yerini tutub, beynəlxalq nüfuzu və mövqeyi daha da artıb, xalqımızın rifah halı yüksəlib. Məhz bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların davam etməsi ilə dövlətimiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlərə imza atacaq. Buna görə seçicilər seçkilərdə fəal olmalı və dövlət başçısı, müzəffər Ali Baş Komandan ilham Əliyevin siyasi kursunun davam etməsinə səs verməlidirlər.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dünya miqyaslı siyasi lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!