Dünya şöhrətli stilist karyerasını başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Dünya şöhrətli stilist karyerasını başa vurdu

Şou

16 Mart 2023 13:19 866


Aktrisa Zendaya (Zendaya Koulman), model Bella Hadid kimi məşhurları geyindirən stilist Lou Rouç karyerasını bitirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə stilist sosial media hesabında yazıb. 

"Bu iş yalnız geyimlə bağlı olsaydı, həyatımın qalan hissəsində də bunu edərdim. Amma təəssüf ki, belə deyil. Siyasət, yalan və saxta hekayələr nəhayət məni də yaxaladı. Sən qazandın. Mən oyundan çıxdım" deyə, o, paylaşımında bildirib.  Marqarita pizza

Rouçun bu addımı sosial media izləyicilərinin təəccübünə səbəb olub. İzləyicilərin iddiaları arasında Parisdə keçirilən təqdimat zamanı onun yerinə Zendayanın ön sırada əyləşməsi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!