Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu keçdi

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu keçdi

Dünya

20 Mart 2022 15:15 502


Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 470 milyonu ötüb.

Yenisabah.az xəbər verir ki, dünyada koronavirusa daha 524 min 323 yeni yoluxma və 1348 ölüm faktı qeydə alınıb. Bununla da yoluxanların ümumi sayı 470 milyon 164 min 893 nəfərə çatıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 98 min 896, sağalanların sayı isə 400 milyon 715 min nəfərə yüksəlib.

Məlumata görə, ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada birinci yerdədir. Ölkədə koronavirusa 81 milyon 404 mindən çox insan yoluxub, onlardan 997 min 845-i həyatını itirib. Marqarita pizza

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 43 milyon 7 mindən çox insanda COVID-19 xəstəliyi təsdiqlənib, 516 min 510 nəfər vəfat edib.

Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya yer alır. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 29 milyon 617 min 266 nəfər virusa yoluxub, onlardan 657 min 157 nəfəri ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!