Dünyada yeni ölümcül xəstəlik yayılıb 

saytların hazırlanması

Evə çatdırılma

Dünyada yeni ölümcül xəstəlik yayılıb 

Dünya

26 İyul 2024 12:28 711


Braziliyada iki qız Oropuş qızdırmasına yoluxaraq ölüb, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Onlar xəstəliyin ilk qeydə alınmış qurbanlarıdır. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyi qızların yaşının 30-dan aşağı olduğunu qeyd edib. Bildirilib ki, onların xəstəliyi “ağır denqe qızdırmasına bənzər simptomlarla” baş verib. 

Denqe qızdırması intoksikasiya, səpgi, şişkin limfa düyünləri və yüksək hərarətlə baş verən kəskin viral xəstəlikdir.  Toyuqlu pizza

Səhiyyə Nazirliyi qeyd edir ki, 2024-cü ilin əvvəlindən Braziliyada 7 mindən çox Oropuş qızdırması halı qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin oktyabrında Fransa Qvianasında ilk Oropuş  virusunun aşkar edildiyini bildirib. 2024-cü il iyunun əvvəlində virus Kubanın doqquz vilayətində aşkar edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!