Dünyanın donuz böyrəyi olan ilk insanı öldü

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın donuz böyrəyi olan ilk insanı öldü

Dünya

12 May 2024 17:41 747


Dünyada ilk dəfə geni dəyişdirilmiş donuz böyrəyi köçürülən kişi ABŞ-də vəfat edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Massaçusets xəstəxanasının Mətbuat Xidmətinə istinadən məlumat yayılıb.

Kişinin ölümü transplantasiyadan təxminən iki ay sonra baş verib. Toyuqlu pizza

Eyni zamanda tibb müəssisəsi xəstənin əməliyyat nəticəsində öldüyünə dair heç bir əlamət görmədiklərini bildirib.

Ölən xəstə 62 yaşlı Rik Sleymandır, həkimlər ona son mərhələdə böyrək çatışmazlığı diaqnozu qoyublar.

Kişi ilk dəfə 2018-ci ildə böyrək transplantasiyası əməliyyatı keçirib, lakin beş ildən sonra donor orqanı sıradan çıxmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!