Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir?

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir?

Dünya

29 İyul 2024 12:08 15949


2024-cü il üçün dünyanın ən güclü ordularının reytinqi açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkələrin hərbi gücləri haqda məlumatları təhlil edən ABŞ şirkəti "Global Firepower” məlumat yayıb. 

Azərbaycan Orusu siyahının 59-cu pilləsində yer alıb. Ermənistan ordusu isə 102-ci sırada qərarlaşıb.  Pepperoni pizza

İlk "onluq"da ardıcıl olaraq ABŞ, Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya yer alıb.

Rusiya ilə müharibə aparan Ukrayna 18-ci yerdə qərarlaşıb. Qonşularımızdan İran 14-cü, Gürcüstan 84-cü pilləni tutur. 

Fransa ordusu ilk "onluq"dan kənarda qalıb və 11-ci yerlə kifayətlənib.

100 ordunun yer aldığı siyahının son 3 pilləsini Qırğızıstan, Latviya və Kot-d'İvuar tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!