Danimarka kraliçası II Marqrete indi dünyanın ən uzun müddət padşahlıq edən monarxı hesab olunur.
Yenisabah.az “Berlingske”yə istinadla xəbər verir ki, o, artıq 50 ildir taxtdadır.
Xatırladaq ki, II Marqrete 1972-ci il yanvarın 14-də, 31 yaşında taxta çıxıb. O zaman Danimarka monarxiyasına müsbət münasibət ictimaiyyətin təxminən 45 faizini təşkil edirdisə, indi bu, 80 faiz təşkil edir. Dördpendirli pizza
Sıyahıda ikinci yerdə isə 49 ildir taxtda olan İsveçin hazırkı kralı XVI Karl Qustavdır.
Yeri gəlmişkən, qeyd edək ki, Bruney Sultanı Hassanal Bolkiah 1967-ci ildə taxta çıxsa da, o, ən uzun padşahlıq edən monarx sayılmır. Buna səbbə Bruneyin Böyük Britaniyadan müstəqilliyini yalnız 1984-cü ildə əldə etməsidir.
Telegram kanalımız