Moskva qana boyandı: Duqinin qızı faciəvi şəkildə öldü   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Moskva qana boyandı: Duqinin qızı faciəvi şəkildə öldü - Foto

Hadisə

21 Avqust 2022 08:57 3112


Rusiyanın Moskva vilayətində avtomobil partlayıb.

Yenisabah.az xəbər verir ki, “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı, “United World International” jurnalının baş redaktoru Darya həlak olub.

İlkin məlumata görə, qəzaya qaz balonunun partlaması olub. Rusiya mətbuatının yazdığına görə, avtomobil Bolşye Vyazemi kəndi yaxınlığında partlayıb.  Dominos pizza

Partlayışın terror aktı olub-olmamasıyla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Duqin Rusiyanın əsas ideoloqlarından hesab olunur. O, Kremlin Avrasiya coğrafiyası üzrə bir nömrəli məsləhətçisi sayılır. 

 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!