“Düşmən mövqelərini tərk edərək Rusiyaya doğru qaçır“   - Ukrayna rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Düşmən mövqelərini tərk edərək Rusiyaya doğru qaçır“ - Ukrayna rəsmisi

Dünya

12 Sentyabr 2022 14:38 898


Cəbhənin Xarkov vilayətindəki bəzi hissələrində Ukrayna döyüşçüləri Rusiya ilə dövlət sərhədinə çatıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi idarəsinin rəhbəri Oleq Sinegubov Telegram-da bildirib.

"Hərbçilərimiz Xarkov vilayətinin rus işğalçılarından azad edilməsi əməliyyatını davam etdirir. Düşmən mövqelərini tələsik tərk edərək əvvəllər işğal olunmuş ərazilərin dərinliklərinə və ya dərhal Rusiya Federasiyası ərazisinə doğru qaçır", - o yazıb. pizza hut

Sinegubovun sözlərinə görə, ruslar Velikiy Burluk yaşayış məntəqəsini və Kupyanski rayonunu tərk ediblər.

"Cəbhənin bəzi bölmələrində müdafiəçilərimiz Rusiya Federasiyası ilə dövlət sərhədinə çatıblar", - vilayət hərbi idarəsinin rəhbəri qeyd edib.

Oleq Sinegubovun dediyinə görə, 11 sentyabr 2022-ci il tarixinə Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 40-a yaxın yaşayış məntəqəsini düşməndən azad edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!