Düşmən üzərində şahlıq edən şəhid Şahgündüz -   Fotolar - Video

saytların hazırlanması

Evə çatdırılma

Düşmən üzərində şahlıq edən şəhid Şahgündüz - Fotolar - Video

Sosial

08 Dekabr 2020 12:18 2522


Üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda, qədim Şuşamızda, ən yüksək zirvələrdə dalğalanır bu gün. Lakin ondan da ucada duran, uca Allah qatına yüksələn şəhidlərimizin müqəddəs ruhlarıdır. Müstəqil Azərbaycan, xalqımız var olduqca ürəklərdə yaşayacaq, daim xatırlanacaq əziz xatirələr olacaq onlardan qalan geriyə. 

Yenisabah.az xəbər verir ki, Vətən Müharibəsində canından keçən 2783 şəhidimiz sırasında Şahgündüz Cabbarov da var. O, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Fəxrimiz, qürurumuz, and yerimizə çevrildi Şahgündüz. Əlində üçrəngli bayraqla döyüşə yollanan Şahgündüz elə o bayrağa sarılaraq geri döndü. Şahgündüz və onun kimi neçə-neçə igid oğulların qanı ilə sulanan torpaq işğaldan azad oldu, bütünləşdi, bir bayraq altında birləşdi.    Pepperoni pizza

Bu gün işlədiyi kollektivdə - SOCAR-ın “Azneft” İstehsalat Birliyi “28 May” NQÇİ-də qürurla anılan, haqqında fəxrlə danışılan 25 yaşlı şəhidimiz adına layiq olduğunu sübut edərək, düşmən üzərində şahlıq edib, Qarabağ üzərindənki qaranlıqları yox edərək gündüzləri, nurlu sabahları gətirib bizə, öz qanı, canı bahasına... 

Məkanın cənnətdir, ruhun qarşında baş əyirik, Şəhid Şahgündüz!

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!