DYP-dən polisin təqib etdiyi avtomobilin aşması ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən polisin təqib etdiyi avtomobilin aşması ilə bağlı açıqlama

Hadisə

21 Yanvar 2023 19:57 923


Xəbər verdiyimiz kimi, Bakıda yol polisi tərəfindən təqib edilən avtomobilin qəzaya düşməsini əks etdirən görüntülər yayılıb.

Yenisabah.az xəbər verir ki, görüntülərdən hadisənin Qaradağ rayonunda, Bakı-Ələt yolunun Sahil qəsəbəsi yaxınlığından keçən hissəsində baş verdiyi məlum olub.

“VAZ” markalı avtomobilin sürücüsü yol polisinin “saxla” əmrinə tabe olmayaraq hərəkətə davam edib və maşını yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə sürüb. Bu zaman məntəqə əməkdaşlarından avtomobilini gizlətməsini xahiş edən sürücü DYP maşınının yaxınlaşdığını görərək yenidən sürətlə sürərək uzaqlaşmağa başlayıb. Yağışlı havada təhlükəli manevrlər edən sürücü təxminən 1 dəqiqə sonra isə avtomobili aşırıb. Hadisə avtomobilin video-qeydiyyat cihazı tərəfindən anbaan lentə alınıb. Sezar pizza

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev hadisə ilə bağlı açıqlamasında deyib ki, məsələ nəzarətə götürülüb:

“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!