Efiopiyada yaraqlıların hücumu zamanı azı 13 nəfər öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Efiopiyada yaraqlıların hücumu zamanı azı 13 nəfər öldürüldü

Dünya

22 Avqust 2024 23:57 553


Efiopiyanın cənubunda ekstremistlərin silahlı hücumu nəticəsində azı səkkiz polis əməkdaşı və beş mülki şəxs həlak olub.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarının nümayəndəsi Serafim Dibabaya istinadən məlumat yayıb.

"Hücumlar avqustun 17-dən etibarən üç gün ərzində Konsol bölgəsinin Seqen rayonunda baş verib. Hücumlar zamanı 8 polis əməkdaşı və 5 mülki şəxs qətlə yetirilib, inzibati binalar, polis bölməsi və konfrans zalı da yandırılıb, tibbi avadanlıqlar və xidməti avtomobillər oğurlanıb",- məlumatda bildirilir. Dibabanın sözlərinə görə, təcavüzkarlar artıq ərazini tərk ediblər. pizza mizza

O əlavə edib ki, qrup bir sıra hücumlar, qətllər və yanğınlar törədib. "Təhlükəsizlik qüvvələri ərazini patrul edir və qalan ekstremistlərə qarşı əməliyyatlar aparır", - Dibaba deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!