Əfqan şahzadəsi vəfat etdi - Monarxın varisi

saytların hazırlanması

Evə çatdırılma

Əfqan şahzadəsi vəfat etdi - Monarxın varisi

Dünya

26 Dekabr 2021 13:13 832


Əfqanıstanın keçmiş hökmdarı Zahir şahın qızı Bibi Məryəm Naim dekabrın 25-də Kabildəki xəstəxanada dünyasını dəyişib.

Yenisabah.az "Tolou News"a istinadla xəbər verir ki, bu barədə oğlu Sərdar Məhəmməd Nadir Naim "Facebook" səhifəsindəki qeydində anasının ölümünü təsdiqləyib.

O, anasının ölümünün səbəbi və ya xəstəliyi barədə heç nə deməyib. Pepperoni pizza

Şahzadə Naimin cənazəsinin bu gün Kabildə dəfn edilməsi planlaşdırılır.

Məhəmməd Zahir şah 2007-ci il iyulun 23-də Əfqanıstanda vəfat edib. Onun ölümü ilə Əfqanıstanda monarxiya tarixinə son qoyulub. Məhəmməd Zahir 40 ilə yaxın hakimiyyətdə olub, 30 ilə yaxın Romada sürgündə yaşayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!