"Taliban" lideri Əfqanıstanda bütün növ narkotiklərin becərilməsini qadağan edən fərman verib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Taliban"ın sözçüsü İnamullah Səmqani öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, hərəkatın lideri Molla Heybətullah Axundzadə Əfqanıstanda bütün növ narkotiklərin becərilməsini qadağan edib. pizza sifarişi
Səmqani əlavə etdi: “Əgər kimsə bu əmri pozarsa, onun becərdiyi məhsul məhv ediləcək və bu adamlarla mübarizə aparılacaq”.
"Taliban" rəhbərliyi, həmçinin ölkədə şərab, heroin, tiryək və s. kimi narkotiklərin istifadəsini, satışını, idxalını və ixracını qadağan edib.
Telegram kanalımız