Əfqanıstanın Paktika əyalətində yeni zəlzələ baş verib.
Yenisabah.az "Aamaj News"a istinadla xəbər verir ki, yeraltı təkanlar saat 10:00 radələrində qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində 5 nəfər ölüb", - məlumatda deyilir. Marqarita pizza
Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı hələlik fəakətlə bağlı şərh verməyib.
Xatırladaq ki, bundan əvvəl, iyunun 22-nə keçən gecə Əfqanıstanın mərkəzi bölgəsində Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib. Nəticədə Ən azı 1000 nəfərin ölüb, ən azı 1500 nəfər yaralanıb.
BMT-nin Əfqanıstandakı missiyasının rəhbərinin müavini Ramiz Ələkbərov BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək bildirib ki, onun rəhbərlik etdiyi qurum dağıdıcı zəlzələ nəticəsində 800 nəfərin öldüyünü, 4 min əfqanıstanın isə yaralandığını təsdiqləməyə nail olub.
BMT-nin ilkin məlumatlarına görə, qurbanların təcili ehtiyaclarını ödəmək üçün 15 milyon dollar lazımdır.
Telegram kanalımız