Əfqanıstanda zəlzələ: Baş katib çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda zəlzələ: Baş katib çağırış etdi

Dünya

23 İyun 2022 09:56 821


BMT-nin baş katibi Antonio Quterreş dünya birliyini zəlzələnin nəticələrinin aradan qaldırılmasında Əfqanıstana yardım etməyə çağırıb.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə baş katibin bəyanatında deyilir:

“Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu təbii fəlakətdən zərər çəkmiş yüzlərlə ailəyə kömək edəcək. Həmrəylik nümayiş etdirməyin vaxtıdır". pizza mizza

A. Quterreş qeyd edib ki, BMT əməkdaşları vəziyyəti yerində qiymətləndirir və təcili yardım göstərir. BMT-nin baş katibi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, Əfqanıstanın Paktika, Xost, Lağman, Qəzni, Loqar və Kabil əyalətlərində 6,1 bal gücündə zəlzələ baş verib. 1000 nəfər həlak olub, daha 1500 nəfər yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!