Əhalini sevindirəcək xəbər - Bu gündən...

saytların hazırlanması

Evə çatdırılma

Əhalini sevindirəcək xəbər - Bu gündən...

Sosial

15 Noyabr 2024 09:09 36139


Bu gündən Azərbaycan ərazisində, o cümlədən Bakı şəhərində payız-qış mövsümü ilə əlaqədar istilik verilişinə başlanacaq.

Cari mövsümdə "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binasının, 184,500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fatime
    Mekteb ve baxçalara daha tez verilsin.usaqlar soyuq olur xestelenirler
    1 year ago
  • Əli Məmmədli
    Əla
    2 years ago