Əhalinin NƏZƏRİNƏ: Bu gün saat 09:00-dan...

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin NƏZƏRİNƏ: Bu gün saat 09:00-dan...

Sosial

18 Dekabr 2024 08:35 495


“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Səngəçal” yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü qovşağında yaranmış qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, qaz təchizatının dayandırılması ilə əlaqədar olaraq, Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivləri, Sahil, Umbakı, Əzimkənd və Səngəçal qəsəbələri, həmçinin Yol evləri, Bağ evləri adlanan yaşayış ərazilərində müvəqqəti fasilə yaranacaq. Dördpendirli pizza

Eyni zamanda, Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!