Əhaliyə ŞAD XƏBƏR: Bu tibbi xidmətlər də pulsuz oldu 

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞAD XƏBƏR: Bu tibbi xidmətlər də pulsuz oldu 

Sosial

22 Oktyabr 2024 08:30 1606


İcbari tibbi sığorta çərçivəsində göstərilən bir sıra xidmətlərin çeşidi artırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, tibbi xidmətləri daha əlçatan və effektiv etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfini təkmilləşdirir. Buna görə də xidmətlər zərfinin müxtəlif blokları ixtisaslı həkimlər tərəfindən müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı zərfdə mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması  nəzərdə tutulur. Dördpendirli pizza

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlərin də sığorta zərfinə əlavə edilməsi istiqamətində danışıqlar aparılır.

Yeni xidmətlər zərfində neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair çeşidlərin artırılması da nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əhmədova Firəngiz Zəki qızı
    AZƏRB.SƏHİYYƏ NAZİRLİYİ VƏ DÖVLƏT TİBBİ SIQORTA AGENTLİYİNİN NK VƏ MİLLİ MƏCLİSİN SƏLAHİYYƏTLİLƏRİ ONKOLOJİ XƏSTƏLƏRİN XİMYA HAQQLARINI, ANALİZ APARAT MÜAYİNƏ HAQQLARINI RƏHM EDİB ÖDƏYİN Kİ, BU AQIR XƏSTƏLİKLƏRƏ YOLUXMAYASINIZ.
    2 years ago