Əhaliyə ŞOK XƏBƏRDARLIQ: Koronavirus “sürprizlər” edəcək

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞOK XƏBƏRDARLIQ: Koronavirus “sürprizlər” edəcək

Dünya

02 Oktyabr 2023 14:57 3189


"COVID-19 sürprizlər etməyə davam edəcək".

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya hökumətinin köməkçi sağlamlıq müşaviri Dr. Thomas Waite deyib.

O, koronavirusun hələ də mövsümi davranış nümayiş etdirmədiyini və digər qış xəstəliklərindən daha gözlənilməz bir gedişat yaşandığını söyləyib. Həkim əhalini qrip və koronavirus əleyhinə peyvənd olmağa çağırıb. pizza

Qeyd edək ki, keçən həftə İngiltərədə koronavirusa yolxuma faktı həftəlik yüzdə 14 artımla yay aylarının ən yüksək həddinə çatıb. Lakin ekspertlər qeyd ediblər ki, bu artım payız aylarında gözlənilən mövsümi dalğanın hələ başlaması demək deyil.

Hökumətin məlumatlarına görə, keçən il İngiltərədə qrip peyvəndi sayəsində təxminən 25 min adamın xəstəxanaya müraciətinin qarşısı alınıb. Digər tərəfdən, məlumatlar keçən qış qripin 14 min əlavə ölümə səbəb olduğunu ortaya qoyur. COVID-19 isə keçən qış ölkədə on mindən çox insanın həyatına son qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!