Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkiyədən gələn heyətlə görüş keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkiyədən gələn heyətlə görüş keçirildi - Foto

Siyasət

17 Mart 2021 18:22 807


Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri cənab Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, görüşdə meşələrin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişmələri təsirlərinin azaldılması, hidrometeorologiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin, görüş çərçivəsində iki nazirlik arasında meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun tətbiqinə dair İkiillik (2021-2023-cü illər) İş Proqramları imzalanıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!