Kişineu rayon məhkəməsi Moldovanın keçmiş prezidenti İqor Dodonun ev dustaqlığının müddətini daha 30 gün uzadıb.
Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, həbs müddətinin uzadılmasına əsas onun mətbuatla və sosial şəbəkələrdəki əlaqələri olub.
Baş Prokurorluq bütün bunları tətbiq edilmiş qabaqlayıcı tədbirin pozulması kimi qiymətləndirib. Pepperoni pizza
Sabiq prezident bu qərarı qərəzli adlandırıb və bundan Apellyasiya Palatasına şikayət vermək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Dodon mayın 24-də həbs edilib. O, dövlətə xəyanətdə və korrupsiyada şübhəli bilinir.
Telegram kanalımız