Əlcəzair prezidenti İlham Əliyevə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Əlcəzair prezidenti İlham Əliyevə məktub göndərdi

Siyasət

16 Fevral 2024 13:54 376


Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdülməcid Tebbundan təbrik məktubu gəlib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyevə ünvanlanmış məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev pizza sifarişi

Zati-aliləri və əziz Qardaşım.

Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkilərdə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən

səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.

Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!