Elçin Əlibəyli qardaşının ölümündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Elçin Əlibəyli qardaşının ölümündən danışdı

Şou

23 Mart 2023 12:40 2365


“Qəza baş verəndə Oqtaygil çəkilişdən qayıdıb bağ evinə gedirlərmiş. Avtomobili də Oqtayın özü sürürmüş”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin qardaşı Elçin Əlibəyli bildirib.

O, qardaşının ölümündən çox kədərləndiyini vurğulayıb. Toyuqlu pizza

Vida mərasimi keçirilən zaman mərhumun evinə təcili tibbi yardım da çağırılıb. Elçin Əlibəyli təcili tibbi yardımın halı pisləşən valideynləri və Dilarə Əliyeva üçün gəldiyini bildirib.

Təcili yardım həkimi “Report”un əməkdaşına bildirib ki, mərhumun yaxınlarının səhhəti hazırda normaldır.

Qeyd edək ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev dünyasını dəyişib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!