Elektromobillərlə bağlı DƏHŞƏTLİ FAKT –   Həqiqətən belədirsə...

saytların hazırlanması

Evə çatdırılma

Elektromobillərlə bağlı DƏHŞƏTLİ FAKT – Həqiqətən belədirsə...

Sosial

28 Oktyabr 2024 12:50 1627


Artıq bir neçə ildir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da elektrik mühərrikli nəqliyyat vasitələrinə olan tələb kəskin artıb. Bir çox parametrlərinə görə yanacaqla işləyən maşınlardan daha sərfəli olan bu avtomobillər, ekoloji təmiz standartları uyğun olduğu üçün yaxın gələcəkdə daha çox tələb görəcək.

Xüsusən qərb ölkələrində daha geniş istifadə olunan elektromobillər, benzin və dizel yanacağının baha olduğu ölkələrdə əvəzedilməz fərdi nəqliyyat vasitəsi hesab olunur. 

Lakin bəzi avtomobil mühəndisləri və nəqliyyat üzrə mütəxəssislərə görə, elektormobillər hələ də özünü yetərincə doğrulda bilmir. Hazırda ölkəmizin də içərisində yer aldığı əksər dövlətlərdə başlıca elektormobillər məhz Çin markalarının istehsal etdiyi maşınlardır. pizza sifarişi

Bu avtomobillərin anomal isti hava şəraitində və uzunmüddətli tıxaclarda anidən alışması praktikası heç kəsə sirr deyil. Son zamanlar isə elektromobillərlə bağlı daha fərqli iddia gündəmdədir. Bir çox sürücülərə görə, qış aylarında elektrik mühərrikli maşınlar uzaq yollarda uzunmüddətli yürüş məsafəsi təmin etmir. Daha sadə dillə desək, mühərrik tam şarjla 400 kilometr məsafə sürüş təmin etməli olduğu halda, soyuq və şaxtalı hava şəraitində bu 200 kilometrə qədər düşə bilir. 

Bəzi avtomobil təmirçiləri bu faktla razılaşsa da, əksər ustalar bunun reallığı əks etdirmədiyini deyir. Təmirçilər bu iddianı daha çox başqa hissələrində nasazlığı olan və enerji tutumu azalmış mühərrikə malik nəqliyyat vasitələri ilə əlaqələndirirlər. Onlar düşünür ki, mühərrik sazlığı yerində və texniki göstəriciləri yaxşı olan elektromobillərdə qətiyyən bu problemlər özünü göstərmir. Digər tərəfdən, bir çox mütəxəssislər bu iddianın sübut olunması üçün hansısa elektromobilin davamlı və mütəmadi uzaq yollarda istifadə edilməli olduğunu bildirir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!