“Elementar qaydalara əməl edən demək olar ki, yoxdur” -   HƏYƏCAN TƏBİLİ

saytların hazırlanması

Evə çatdırılma

“Elementar qaydalara əməl edən demək olar ki, yoxdur” - HƏYƏCAN TƏBİLİ

Sosial

19 Noyabr 2020 14:04 1004


"Koronavirus tanıdığımız insanları, qohumları, qonşuları aparır. Buna paralel olaraq laqeydlik, biganəlik də artır. Küçələrdə ağız-ağıza durub söhbət edənlər, avtobuslada maskası çənəsində olanların sayı artır. Banklarda, xidmət sahələridnə maska, dezinfeksiya nədir unudulub. Onları heç yoxlayan da yoxdur. Artıq özünü qorumaq mənasızlaşır".

Yenisabah.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Sahib Məmmədov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, bütün ətrafda elementar qaydalara əməl edən demək olar ki, yoxdur: Dominos pizza

"Qəzalar bəzən qaçılmaz olur. Amma hər il dəm qazından boğulanların 90 faizi elementar qaydalara əməl etmirlər. İran peçini alıb, içərisindəki termostatı çıxarıb atıb, adi şlanqla sistemə qoşub işləyə-işləyə yıxılıb yatırlar. Belələri üçün maskanın əhəmiyyətini izah etmək mümkün deyil. Televiziyalar çəkiliş aparanda baxırsan ki, maska taxıblar. Ancaq çəkiliş üçün. Yeri gəlmişkən, televiziyaların özündə belə qaydalara əməl edən yoxdur. Təhlükə daha az olanda belə deyildi. Onda az da olsa qaydlara əməl edilirdi. Dünya virusa təslim olub artıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!