Əleyhdarlarımız eyni masa arxasında: Başladı! - Azərbaycanı hansı təhlükə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Əleyhdarlarımız eyni masa arxasında: Başladı! - Azərbaycanı hansı təhlükə gözləyir?

Siyasət

05 Aprel 2024 14:16 1945


Bu gün - aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında üçtərəfli görüş keçirilir. Görüş Belçikanın paytaxtı Brüssel şəhərində baş tutub və Bakı vaxtı ilə saat 14:00-a başlayıb. 

Görüşlə bağlı ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib. Bəs görəsən hazırda davam edən görüşdə Azərbaycan əleyhinə hər hansı qərar qəbul edilə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, bu görüş özlüyündə sülh prosesinə ciddi zərbədir: Marqarita pizza

“Azərbaycanın bu görüşlə bağlı konkret mövqeyi var və bu Xarici İşlər Nazirliyinin bəyanatı ilə bu mövqe açıqlandı. Azərbaycanın mövqeyi budur ki, görüş milli təhlükəsizliyə ziddi prosesdir. İkincisi, sülh danışıqlarına ciddi zərbədir. Üçüncüsü, bilavasitə bu mərhələ üzərindən sərhəd xəttində konkret olaraq Ermənistanın pozucu əməlləri var. Azərbaycan bu nüanslarla həmin prosesin qeyri-leqal olmasını da gündəmə gətirmiş oldu. Nəticə etibarı ilə Azərbaycanın narazılığı özü-özlüyündə digər maraqlı tərəflərin də mövqe ortaya qoymasına gətirib çıxardı. Azərbaycanla yanaşı, müəyyən qədər Türkiyə tərəfindən qapalı, Rusiya tərəfindən isə açıq şəkildə etiraz bəyanatları gəldi. İran tərəfindən də bu görüşlə bağlı etiraz gözləmək olardı, amma bu baş vermədi”. 

Politoloq görüş zamanı üçtərəfli hərbi paktın yaradıla biləcəyini diqqətə çatdırıb: 

“Görüşün leqallaşdırılması üçün Blinken və Ursula Von Derlayen zəng vurdu və onlar inandırmağa çalışırlar ki, bu görüş Azərbaycana qarşı yönəlməyib. Amma Azərbaycanın arqumentləri bu deyil. Bizim arqumentlərimizdən biri Avropa İttifaqının müşahidə missiyasını göndərməsinin təxribat olmasıyla bağlıdır. Digər tərəfdən, Avropa başda olmaqla, dünyanıın bir çox yerində olan münaqişələrlə bağlı heç vaxt Avropa İttifaqı müşahidə missiyası göndərməyib. Amma Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi anti-terror əməliyyatından 1 gün qabaq, bölgəyə Avropa missiyası gəldi. Onlar Azərbaycan əleyhinə hesabat hazırladılar və daha sonra bu missiyanın sayı artırıldı. Bu görüşlə bağlı əsl həqiqəti anlamaq üçün Fransa xarici işlər nazirinin açıqlamasına baxmaq kifayətdir. O, son dəfə bildirib ki, biz Qərb olaraq Ermənistanın yanında olmalıyıq. İndi Azərbaycan bu cür açıq mövqe qarşısında, bu gün keçiirlən görüşə hansı münasibət bildirməlidir? Bizim digər etirazımız üçtərəfli görüşdən sonra yaradıla biləcək faktiki yeni hərbi pakt ilə bağlıdır. Bu görüşdən sonra belə bir nəticə də ortaya çıxa bilər. Bu eyni zamanda Rusiyaya qarşı ikinci cəbhənin açılması deməkdir”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!