Əli azərbaycanlıların qanına batmış erməni komandan məhkəməyə çıxarılır 

saytların hazırlanması

Evə çatdırılma

Əli azərbaycanlıların qanına batmış erməni komandan məhkəməyə çıxarılır 

Kriminal

23 Yanvar 2024 09:36 654


Qarabağdan qovulmuş qondarma “Artsax” separatçılarının keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyan məhkəməyə çıxarılır. 

Yenisabah.az “Hraparak”a istinadən xəbər verir ki, Cəlal Arutyunyanla bağlı cinayət işinə Sisian məhkəməsində hakim Qarik Abelyanın sədrliyilə baxılacaq. 

İlk iclas yanvarın 25-də keçiriləcək. Məlumata görə, məhkəmə iclasına ev dustaqlığında olan Cəlal Arutyunyanın özü də gələcək.  Sezar pizza

Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük müharibə günlərində, xüsusilə oktyabrın 12-də ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan xidməti vəzifələrə vicdansız və səhlənkar münasibətdə ittiham olunur. 

Arutyunyan ittihamı qəbul etmir, vəkili Arsen Sardaryan cinayət təqibinin dayandırılması barədə vəsatət verib. “General açıq-aşkar başqa şəxslərin ixtiyarında olan belə bir əməldə ittiham olunur. Həmin şəxslər diviziyanın mühafizəsini və müdafiəsini lazımınca təşkil etməyən ayrı-ayrı batareyaların rəhbərləridir”, - Sərdaryan bildirib. 

Cəlal Arutyunyana qarşı 44 günlük müharibə zamanı Qarabağın cənub istiqamətində əks-hücum həyata keçirdiyinə görə başqa cinayət işi başlanmışdı. Vəkilin sözlərinə görə, bu epizodda Cəlal Arutyunyanın təqsirsizliyi sübuta yetirilib, ona qarşı cinayət təqibi dayandırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!