Əli Əsədov mühüm qərarı təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov mühüm qərarı təsdiqlədi

Siyasət

18 Dekabr 2020 18:52 1097


Nazirlər Kabineti “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası Qaydaları”nı və “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası Qaydaları”nı təsdiqləyib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar əsasən, Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına  və ingilis əlifbasına transliterasiyası qaydaları təsdiq edilib.  Sezar pizza

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə əsasən təsdiqlənib. 

Qərar “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!