Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşdü

Siyasət

30 Yanvar 2024 19:23 462


Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb. Dominos pizza

İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb.

Tərəflər Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!