Əli Əsədovla  Mişustin Dağlıq Qarabağda bərpa məsələlərini müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədovla Mişustin Dağlıq Qarabağda bərpa məsələlərini müzakirə etdilər

Siyasət

29 Dekabr 2020 18:32 716


Azərbaycan Baş naziri Əli Əsədov və Rusiya Baş naziri Mixail Mişustin arasında bu gün telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında tərəflər Dağlıq Qarabağda bərpa işləri və iqtisadi inkişafla bağlı birgə səylərin göstərilməsini vacib sayıblar. Sezar pizza

Azərbaycan və Rusiya Baş nazirləri iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırıblar. Eyni zamanda yeni dərman vasitələri və peyvəndlərdən də istifadə edilməklə, yeni növ koronavirus infeksiyasına (COVİD-19)  qarşı mübarizə tədbirləri də diqqət mərkəzində olub.

Ə. Əsədov və M. Mişustin qarşıdan gələn Yeni il münasibətilə bir-birini təbrik edib.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!