Əli Kərimlinin mühafizəçisi adam bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Kərimlinin mühafizəçisi adam bıçaqladı

Kriminal

22 Mart 2025 14:03 543


Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Yenisabahş.az DİN-ə istinadla xəbər verir ki, martın 21-i saat 20:00 radələrində Yeni Günəşli qəsəbəsində 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub. pizza hut

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov məlumatı təsdiq edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!